1999-cu ildə dəyərli yazar Azər Həsrətin sayəsində və elə onunla birlikdə İspaniyaya getmişdik. Repdən və həm də meyxanadan çox uzaq olan Xose adlı, Orteqa-i-Qasset soyadlı ispan filosofun adını daşıyan fondun tədbirində iştirak edirdik. İspaniyaya ilk və çox güman ki, həm də son səfərimdən yadımda qalan məqamlardan biri haqqında danışacağam. Davamını oxu
Tag Archives: Fuad Babayev
NƏ FUKUYAMA HAQLI ÇIXDI, NƏ DƏ HANTİNQTON?!
Az qala 24 il bundan əvvəl, 1989-cu ilin yayında ABŞ-ın nüfuzlu National Interest jurnalında Fukuyama soyadlı müəllifin “Tarixin sonu?” adlı məqaləsi işıq üzü gördü və dərhal böyük rezonansa səbəb oldu. Az sonra müəllifin çox böyük qonorar müqabilində məqalənin davamı sayıla biləcək kitab üzərində işləməyə razılıq verdiyi haqda xəbər yayıldı. Cəmi 3 il sonra, 1992-ci ildə “Tarixin sonu və sonuncu insan” kitabı çıxdı. Bu gün bütün dünyada tanınan məşhur Amerika siyasi iqtisadçısı, futuroloqu və filosofu Frensis Fukuyama həmin ildə ömrünün beşinci onilliynə qədəm qoyub. Davamını oxu
Əvvəlcə digital-first, sonra da digital-only
Neftçilər prospektindəki böyük kitab mağazası yadınızdadır? Gərək ki, adı “Dalğa” idi. Qız qalasının lap yanında idi və kitab mağazasından daha çox muzeyə bənzəyirdi… Metronun “Neftçilər” stansiyası yaxınlığında da kitab mağazası vardı. Çox böyük idi. Və həmişə də içərisində çoxlu müştəri olurdu. Davamını oxu
Ezop dəhlizi
Ezop lap qədim dövrlərdə yaşamış bir insandır. Təmsillər yazarmış. Davamını oxu
Oda fiyatları
Ötən şənbə günü, axşam saatlarında Azərbaycanın zəngin tarixi keçmişə malik şəhərlərindən birinə varid oldum. Və üz tutdum bu şəhərin mərkəzində yerləşən çoxmərtəbəli mehmanxanaya. İncəvara, əvvəlcədən nömrə sifariş etmişdim. Nömrəyə qalxmağımla Morfeyin səltənətinə yollanmağım bir oldu desəm mübaliğəyə yol vermiş olmaram… Davamını oxu
Kim kimdir?
Kimin kim olduğunu bilməkdən çətin nə var? Min illərdir ki, ən ağıllı adamlar bu sual üzərində baş sındırırlar. Amma hələ də ortada bir şey yoxdur və bu fani dünyada kimin kim olduğunu heç kim, ya da demək olar ki, heç kim bilmir. Və əlbəttə mən də bilmirəm. Bir çox müasirlərimdən fərqli olaraq özümü dərin zəka sahibi hesab etmədiyimdən mən belə çətin sualları cavablandırmağa çalışmıram da. Davamını oxu