Statistik araşdırmalara və məlumatlara görə bütün dünya üzrə ermənilərin sayı on milyon nəfər təşkil edir. Onlardan 3 milyonu Azərbaycanın tarixi əraziləri hesab edilən hazırki Ermənistan Respublikasında, yeddi milyonu isə xarici ölkələrdə yaşayır. Onların əsas cəmləşdiyi ölkələr sırasında ABŞ, Rusiya, Fransa, Livan və Gürcüstan kimi dövlətləri qeyd etmək olar. Bu ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatlarının əsas vəzifələrindən biri Ermənistan Respublikasına hərtərəfli dəstək olmaqla yanaşı, oradakı soydaşlarını pul axını ilə təmin etmək, qondarma “erməni soyqırımı”nın dünya ölkələri tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Davamını oxu