«Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi iyunun 9-da Samux rayonunun Qarayeri qəsəbəsindəki 1 saylı orta məktəbdə “Biznesə ilk addım” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada Qarayeri qəsəbəsinin nümayəndəsi Pərvanə Kazımova, «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova, İqtisadi İnkişaf Nazirliyinin Gəncə-Qazax regional Mərkəzinin rəhbəri Arzu Hacıyev, Azərbaycan Sahibkar Qadınlar Konfederasiyasının sədri Afina Babayeva, Gəncə AqraBiznes Assosiasiyasının nümayəndəsi Nurlana Cavadova çıxış ediblər.
30-dən yuxari sinif şagirdinə ölkədə sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən və imkanlardan söz açılıb. Sevinc Kərimova rəhbərlik etdiyi layihə haqqında danışaraq bildirib ki, layihə ölkədə kiçik və orta biznesin inkişafı yolunda bir təşəbbüsdür. İndiyədək 3 rayonda analoji tədbir keçirilib. 120-dək gənc tədbirlərdə iştirak edib, onlarla mövzu ətrafında müakirələr aparılıb.
Diskusiya şəklində keçən dəyirmi masa, ənənəvi olaraq, çay süfrəsi ilə sona çatıb.
Dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Kiçik və orta sahibkarlığın təbliğı; gənclər arasında özünə məşğuluğun stimullaşdırılması” layihəsi cərçivəsində təşkil edilib. Eyni mövzuda dəyirmi masalar indiyədək Masallı, Göy-göl və Göyçay rayonlarında da keçirilib.