Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə bəşəriyyət ən ağır cinayətlərdən birinə — Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiyi soyqırımına şahidlik etdi. Həmin gecə Xocalı şəhəri erməni qəsbkarları tərəfindən yerlə-yeksan olundu. 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Aradan 34 il keçsə də, xalqımız bu faciənin mənəvi ağrısını, onun dəhşətlərini qəlbində daşıyır, o qanlı gecənin şaxtası hələ də ürəkləri üşüdür.
Böyük Britaniya Parlamentinin İcmalar Palatasının deputatı Bob Blekmen Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürüb.
Xocalı faciəsi bizim tariximizin ən ağrılı səhifələrindən biridir. Bu hadisədə günahsız insanlar qətlə yetirildi və bu, bizim yaddaşımızda silinməz iz buraxdı. Hər il bu günü anmaq, itirdiyimiz insanları yad etmək və gələcək nəsillərə bu tarixi doğru çatdırmaq bizim borcumuzdur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi tviter, instaqram və feysbuk səhifələrində Xocalı soyqırımı ilə bağlı video paylaşıb.