HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Sənədlər

Ermənistanın azərbaycanlı əhalisi arasında Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar əhval-ruhiyyə haqqında arayış

(Tamamilə məxfidir)

Azərbaycanlıların Ermənistandan Azərbaycan SSR-ə köçürülməsi haqqında hökumətin qərarının rəsmi elan edilməsinə hələ çox qalmış Ermənistan SSR-in əhalisi arasında bu barədə səslər dolaşmağa başladı və bu tədbirin məqsədlərinin hər cür düzgün olmayan şərhləri törəyirdi.