“BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib, bu qətnamələrin icra edilməməsinin səbəbi bizə aydın deyil”. APA-nın məlumatına görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bunu BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi Çaloka Beyani ilə görüşdə söyləyib.
Ə. Həsənov 20 ildir ki, münaqişənin həllini tapmadığını bildirib: “ATƏT-in Minsk Qrupunu elə yaradıblar ki, münaqişə həllini tapmasın, heç Əsasnaməsini də dəyişmək mümkün olmasın. Münaqişə həllini tapmır, bu, ədalətsizlikdir, bu ədalətsizliyin səbəbini də heç kim demir”.
BMT-nin işğal edilmiş ərazilərlə bağlı 4 qətnaməsinə toxunan Ç. Beyani isə bildirib ki, BMT Təhlükəsizlik Şurası qarşısında bu məsələni qaldıra bilər: “20-ci əsrin əvvəlində Türkiyədən köçürülən ermənilərin bir hissəsi Dağlıq Qarabağda məskunlaşıb. Bu da məlumdur. Məcburi köçkün probleminin həllinə dair mexanizm isə 1990-cı illərin ortalarında yaranıb. Çünki Balkanlarda, Cənubi Qafqazda problem geniş xarakter aldı. Məcburi köçkünlərlə bağlı hüquqi tənzimləmənin zəif olduğu barədə iradınızla razıyam. BMT QAK həm də məcburi köçkünlərin vəziyyəti ilə bağlı məsuliyyət daşıyan qurumdur. Məcburi köçkünlər hər bir ölkənin sosial problemi sayılır. Onların problemləri həllini tapmadan heç bir ölkə tam stabillik əldə edə bilməz. BMT bu istiqamətdə təşəbbüslərini artıracaq”.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









