“Avropa Azərbaycanlıları Konqresinin hər bir qurultayı qarşısında duran mühüm tapşırıqlarla fövqəladə hadisə hesab olunur.
Dövlətimizin inkişafını, diasporumuz qarşısında qoyulan vəzifələrin aktuallığı və bugünkü inkişafın əsas mühüm vəzifələrini nəzərə alsaq, bu qurultayın keçirilməsi tam vaxtındadır. Artıq Avropa azərbaycanlıları keçən dövrün fəaliyyətinə yekun vurmaq, qarşıda duran vəzifələri müəyyən etmək anlamında məqbul sayıla bilər”.
APA-nın Amsterdama ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Avropa Azərbaycanlıları Konqresinin qurultayında deyib.
Ə. Həsənov dünən Amsterdamda keçirilən Xocalı soyqırımı ilə bağlı anım tədbirindən də danışıb: “Xocalı hadisəsi bir günün məsələsi deyil. Xocalıya gələn yol-ermənilərin azərbaycanlılara qarşı soyqırımının 200 ildən artıq tarixi var. Ermənilər öz xarici havadarlarının dəstəyindən istifadə edərək azərbaycanlıların əzəli torpaqlarında dövlət qururlar. Azərbaycanlıların zaman-zaman öz torpaqlarından qovulması, qətlə yetirilməsi, soydaşlarımızın yaşadığı yerlərin dağıdılması baş verib. Faktiki olaraq bu millət özünün böyük dövlət qurmaq arzularını azərbaycanlıların kütləvi surətdə məhv edilməsi, torpaqlarından didərgin salınması, millət olaraq varlığına son qoyulması istiqamətində aparmağa çalışır. Əlbəttə, bunlara yardım edənlərin də öz məqsədləri vardı.
https://apa.az/diaspor/eli-hesenov-ermeniler-xarici-havadarlarinin-desteyinden-istifade-ederek-azerbaycanlilarin-ezeli-torpaqlarinda-dovlet-qururlar-4085.html