Neftçilər prospektindəki böyük kitab mağazası yadınızdadır? Gərək ki,adı “Dalğa”idi. Qız qalasının lap yanında idi və kitab mağazasından daha çox muzeyə bənzəyirdi… Metronun “Neftçilər” stansiyası yaxınlığında da kitab mağazası vardı. Çox böyük idi. Və həmişə də içərisində çoxlu müştəri olurdu.
Bu mağazalar çoxdan, lap çoxdan bağlanıb. Ən pisi odur ki, bu mağazalar həmdə unudulub. Hər halda mənə elə gəlir.
Əlbəttə, Neftçilər prospektindəki və metronun “Neftçilər” stansiyasının yaxınlığındakı kitab mağazaları işləyən vaxtlarda Bakıda başqa kitab mağazaları da vardı. Bu gün əksəriyyətin xatırlamadığı kitab mağazaları. Və həmin kitab mağazalarının yerində açıq-aşkar sezilən uğurla başqa mallar satan başqa mağazalar var…
Xeyli müddətdir ki, köhnə kitab mağazalarının kimin qəzəbinə, ən əsası isə nəyə görə gəldiyini araşdırmağa çalışırdım. Bir müddət əvvəl məsələyə tam aydınlıq gətirəbilmişəm.
Xatirinizdədirsə, ötən il məşhur “Britannika” ensiklopediyasının kağız versiyasından tam imtina etməsi haqqında xəbər yayılmışdı. Məşhur ensiklopediyanın 32 cildlik versiyası daha nəşr olunmur. Və beləliklə ilk nəşri 1768-ci ildə Edinburqda işıq üzü görmüş ensiklopediya yalnız rəqəmsal formatda hazırlanır.
Heç demə ənənəvi qaydada nəşr olunan “Britannika” cildlərinin satışı durmadan aşağı düşürmüş. Məsələn, 1990-cı ildə çoxcildliyin117 000 dəsti satılıbmış.1994- cü ildə isə cəmi 55 000 dəsti. Sonralar bu göstəricilap aşağı düşübmüş. Və nəhayətdə bir çox məsələlərdə konservatizmi gözbəbəyi kimi qoruyan britaniyalılar ensiklopediyanın kitab şəklində hazırlanan versiyasından imtina edib xərci borcunu ödəməyən layihəni dayandırıblar.
Daha bir məqam. Bu addım təkcə “Britannika” tərəfindən atılmayıb. Dünya auditoriyası çox böyük sürətlə rəqəmsal kontentə meyl edir. Və ona görə də nəşriyyat aləmi ilkin mərhələdə digital-first, sonra isə digital-only strategiyasına üstünlük verməyə məcburdur. Yəni əvvəlcə əsas diqqət rəqəmsal məhsulların hazırlanmasına yönəldilir,sonra isə məhsul yalnız rəqəmsal formada hazırlanır…Vəssalam.
İndi bildiniz ki, bizim köhnə kitab mağazaları niyə bağlanıb?
Əlbəttə, bizim analoqu olmayan uzaqgörənliyimizin sayəsində.
Daha köhnə kitab mağazalarımız üçün darıxmıram. İndi digital-only,yadaheçolmasa digital-first zamanıdıraxı.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 38-39)