Fotoqraf Oleq Litvin 1943-cü ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1973-cü ildən 1990-cı ilədək ТАСС – Sovet İttifaqı Teleqraf Agentliyində fotoreportyor işləyib. Daha sonra GAMMA, Reuters, AP kimi xəbər agentlikləri ilə əməkdaşlıq edib.“Humay” mükafatının laureatıdır. Hal hazırda Rusiya Federasıyasında müstəqil fotoqraf olaraq fəaliyyət göstərir.
Fotolar Azərbaycan Fotoqrafları Birliyinin arxivindəndir









