31 mart-Azərbaycanlıların Soyqırımı Gününün dövri mətbuatda işıqlandırılması ilə bağlı 12 respublika qəzetinin təhlili keçirilib.
Təhlil “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq qəzeti” “Azadlıq”, “Yeni Müsavat”, “Bakı Xəbər”, “Kaspi”, “Şərq”, “Ədalət”, 525-ci qəzet, Зеркало və Эхо qəzetlərinin 29-31 mart tarixlərində çıxan sayları əsasında aparılıb. Bütünlükdə 24 material arasında 15 məqalə, 8 rəsmi sənəd (4-ü eyni mövzu barədə), 1 müsahibə yer alır. Təhlili keçirilən qəzetlərin 2-də (Эхо,Зеркало) göstərilən tarixlərdə mövzu ilə bağlı heç bir material yerləşdirilməyib.
Qəzet |
Məqalə |
Rəsmi məlumat |
Müsahibə |
“Azərbaycan” |
6 |
– |
– |
“Yeni Azərbaycan” |
1 |
4 |
1 |
“Xalq qəzeti” |
1 |
2 |
– |
“Azadlıq” |
1 |
– |
– |
“Yeni Müsavat” |
1 |
– |
– |
“Bakı Xəbər” |
1 |
– |
– |
“Kaspi” |
2 |
– |
– |
“Şərq” |
– |
1 |
– |
“Ədalət” |
1 |
1 |
– |
525-ci qəzet |
1 |
– |
– |
Зеркало |
– |
– |
– |
Эхо |
– |
– |
– |
15 məqalədə 10 jurnalist, 2 tarixçi, 3 hüquqşünas yazısı dərc olunub. Məqalələrinin 6-ı böyük, 4-ü orta, 5-i kiçik həcmlidir. Məqalələrin 11-də azərbaycanlıların soyqırımı mövzusu ümumi təhlil olunub, 4-də Azərbaycanın konkret regionlarında baş verən soyqırımı hadisələri araşdırılıb.
“Azərbaycan” qəzeti, 30 mart 2014-cü il tarixli sayında Rəşad Cəfərli “Dünya birliyi gec-tez ermənilərin bəşəriyyətə ləkə və təhlükə olduğunu qəbul edəcək” adlı məqaləsi ümumi azərbaycanlıların soyqırımına həsr edilib, burada Elxan Məmmədov “Ermənilərin Naxçıvanda törətdikləri soyqırımları”, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, t.e.d.,professor Solmaz Rüstəmova Tohidinin “Azərbaycanlıların soyqırımı: Şamaxıda mart qırgınları”, Akif Əliyevin “Erməni vəhşiliyi arxiv sənədlərində” (Quba soyqırımı) və Bəxtiyar Qaracanın “Qarabağda erməni vəhşilikləri” məqalələri konkret regionlarda baş verən hadisələrlə bağlıdır. “Soyqırımı insanlıga qarşı amansız cinayətdir” məqaləsində Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev azərbaycanlıların tarix boyu məruz qaldığı soyqırımlara hüquqi qiymət verərək bunu insanlıga qarşı cinayət adlandırıb. Təhlil olunan qəzetlər arasında “Azərbaycan” qəzeti soyqırımla bağlı ətraflı yazılar dərc edib.
Qəzetlərdəki rəsmi məlumatların 4-ü eyni mövzüdadır, 4-ü soyqırımı ilə bağlı keçirlən tədbirlərə aiddir. “Yeni Azərbaycan” ,“Xalq qəzeti”, “Şərq”, “Ədalət” qəzetlərində Azərbaycan Respublikası Prezidenti Administrasiyasın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “31 mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı Türkiyənin TRT Avaz kanalına soyqırımla bağlı müsahibə verməsi haqda xəbər dərc olunub.
“Yeni Azərbaycan” qəzeti, 29 mart 2014-cü il tarixli sayında Milli Məclisin deputatı, t.e.d. Fəzail İbrahimlinin “Azərbaycan dövləti gücləndikcə, ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasəti dünyada daha geniş miqyasda ifşa edilir” adlı yazıda müsahibəsi verilib
Leyla Atakişiyeva