172 xalis, 89 qarışıq kənd, qəsəbə və 6 şəhərdən 49 min 928 ailədə 250 min nəfər soydaşımız öz ata-baba yurdundan qovulub çıxarılmışdır
Əziz Ələkbərli: “…Bu gün Azərbaycanda Ermənistandan qovulan azərbaycanlıların sayı ilə bağlı müxtəlif rəqəmlər səslənir: 180 min, 200 min, 250 min, 300 min, hətta 500 min deyənlər və kitablarda yazanlar da var. Bunu bizə müxtəlif beynəlxalq tədbirlərdə xarici həmkarlarımız, xüsusilə türk tədqiqatçıları da irad tutur və haqları da var. Bu qədər ciddi bir məsələ barədə bu qədər qeyri-ciddi mövqe sərgiləmək olmaz. Rəqəm dəqiq və əsaslandırılmış olmalıdır. Üstəlik də heç kəsə sirr deyil ki, 30-40 il sonra erməni iddia qaldıracaq ki, 1988-ci ildə Ermənistanda ya ümumiyyətlə azərbaycanlılar yaşamayıb, ya da 10-15 adam olub, onlar da köçüb gediblər öz vətənlərinə. Bunu 1998-ci ildə Ermənistanda azərbaycanlılara aid bütün arxivlərin yandırılması da təsdiq edir. O ki qaldı Azərbaycan Qaçqınlar Cəmiyyətində olan məlumata, bu barədə Azərbaycan Qaçqınlar Cəmiyyəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin birgə arayışı var. Bu sənədə əsasən, 1988-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisindəki 172 xalis, 89 qarışıq kənd, qəsəbə və 6 şəhərdən 49 min 928 ailədə 250 min nəfər soydaşımız öz ata-baba yurdundan qovulub çıxarılmışdır…”
Əziz Ələkbərli: “II Qaregin öz keşişlərini təmin etməyə pul tapmır” müsahibəsindən
1905.az