1905-1906-cı illər soyqırımı.
Həmin illərdə erməni silahlı dəstələri tərəfindən törədilən qırğınlar nəticəsində Cənubi Qafqazın 7 şəhəri böyük dağıntılara məruz qalıb
12 qəzada 252 kənd yandırılıb və viran qoyulub, 100 min ailə qəzalardan, bir neçə min nəfər şəhərlərdəki ev-eşiklərindən didərgin düşüb, 10 min nəfər məhv edilib.
1905-1906-cı illərdə ermənilərin törətdikləri qırğınların xronologiyası aşağıdakı kimidir.(N.Mustafa. Ermənilərin 1905-1906-cı illərdə Cənubi Qafqazda törətdikləri qırğınlar. http://files.preslib.az):
İrəvan qəzasında – 1905-ci ilin may-iyun ayları
Cavanşir qəzasında – 28 noyabr 1905-ci il
Zəngəzur qəzasında – 29 iyul-29 avqust 1906-cı il
Qazax qəzasında – 18-28 noyabr 1905-ci il
27 – 29 mart 1918-ci il. Şamaxı qəzasında.
Şamaxı şəhəri və qəzanın 72 kəndi bolşevik-daşnak qoşunları tərəfindən dağıdılıb. Şamaxı soyqırımı zamanı 8 min azərbaycanlı, o cümlədən, 1653 nəfər qadın və 965 nəfər uşaq öldürülüb. Şamaxıda yerli əhaliyə dəyən maddi zərər o dövrün qiymətləri ilə 1 milyard rubldan çox idi.
Bakıdakı qırğın əməliyyatında Suren Şaumyan, Ovçiyan, Qalstyan, Sarkis, Qaber-Kori, Artak, Manuçarov, Akopov və başqaları xüsusi “fəallıq” nümayiş etdirirdilər. Üç günlük qətl və qarətdən sonra 12 min nəfər azərbaycanlı qətlə yetirilib.
Quba qəzasında qırğın törədən quldur cəza dəstəsinə S.Şaumyanın xüsusi səlahiyyətlər veriyi Hamzasp rəhbərlik edirdi. Aprel ayında qəzanın 122 müsəlman kəndi dağıdılmış, yüzlərlə azərbaycanlı və dağlı, o cümlədən ləzgi məhv edilmişdi.
Həmin gün erməni silahlıları rus hərbçilərinə məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək kiçik bir dağ kəndi olan Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum ediblər. Dinc mülki əhali insanlığa sığmayan işgəncələrlə qətlə yetirilib, bəziləri diri-diri ocaqda yandırılıblar. Kənddə həmin gün 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə quldurcasına qarət edilib. Faciə zamanı bir ailənin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra, üstlərinə benzin tökülməklə yandırılıb. Bir nəfər həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Kənddə növbə çəkən milis əməkdaşı güllələnib. Daha 2 nəfər odlu silahla yaralanıb. Qətlə yetirilən insanların böyüyü 75 yaşında, ən kiçiyi isə 39 günlük körpə olub.
–
Həmin gün Xocavənd rayonunu Qaradağlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal günü kənddə 118 nəfər olub. Onların hamısı əsir götürülüb. Əsirlərdən 118 nəfərdən 66 nəfəri amansızlıqla, ağır işgəncələrlə qətlə yetirilib, 52 nəfər çox böyük çətinliklə əsirlikdən azad edilib. Əsirlikdən xilas edilənlərin böyük əksəriyyəti əsirlikdə verilən ağır işgəncələrdən, onlara vurulmuş naməlum tərkibli iynələrin təsirindən qısa zamanda vəfat edib. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub;
26 fevral 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoalayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhəri işğal olunub. İşğal zamanı Xocalı əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərə məruz qalıblar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalıda öldürülən 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocalar olub. Xocalı soyqırımı zamanı 8 ailə bütövlükdə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
1992 – ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni silahlıları tərəfindən yandırılıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 67 nəfər qətlə yetirilib. 90-100 yaşlı 8 nəfər, azyaşlı 2 uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib.