Mayın 27-də Bakı Biznes Mərkəzində “İpək yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “KOS Expo 2016” sərgisi və “İqtisadi islahatlar və universitet-sənaye əməkdaşlığı” konfransı keçirilir. Sərgidə təhsil, inşaat, İT, səhiyyə, reklam, qida və s. sektorları təmsil edən 70-dək şirkət öz məhsullarını, onlara ayrılan stendlərdə nümayiş etdir. 2 panel üzrə keçirilən konfransın I panelində “İqtisadi islahatlar və ixracın artırılması yolları”, II paneldə isə “Universitet-iş dünyası əməkdaşlığı və iqtisadi inkişaf üçün innovativ mühitin formalaşdırılması yolları” müzakirə edilir. Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və s. nümayəndələri çıxış edib. Sərgi-Konfransın əsas məqsədlərindən biri Universitet – İş dünyası arasındakı münasibətlərin qurulmasında vasitəci olmaqdır.
Sərgidə “1905.az” portalı da öz stendi ilə təmsil olunur. Sərginin qonaqlarına “1905.az” portalının fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib və onlara “1905.az kitabı” seriyasından nəşr edilən kitablar təqdim olunub.
Sərgi-konfrans saat 20.00-dək davam edəcək.



























Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









