Fevralın 25-də “1905.az” portalı “Park Bulvar” AVM-də “Xocalı 1992” anım tədbiri keçirib.
İctimaiyyət, media nümayəndələrinin və xarici qonaqların böyük ilgi göstərdiyi tədbirdə “1905.az Studio”nun Xocalı soyqırımına həsr olunmuş video-çarxı, “1905.az” Səyyar Qalereyasının ekspozisiyası və portalda bu barədə materialları nümayiş etdirilib, ziyarətçilərə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının həmin mövzuda nəşr etdirdiyi “Xocalı soyqırımı (faktlarda, sənədlərdə və xarici mətbuatda)”, “Milyon imza – bir tələb”, “Bir faciə haqqında iki foto-söhbət” kitabları təqdim olunub. Tədbir iştirakçılarına həmçinin, AVCİYA-nın “Milyon imza – bir tələb” kampaniyası haqqında ətraflı məlumat verilib.
Anım tədbiri 16.00-dan 20.00-a kimi davam edib.


















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








