Mayın 26-da Şamaxının millət vəkili Elxan Süleymanovun Şamaxı şəhərindəki qərargahında 1905.az saytının səyyar qalereyasının ilk ekspozisiyası nümayiş etdirilib. Bu münasibətlə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov iki aydan bəri fəaliyyət göstərən 1905.az saytı barəsində qonaqları məlumatlandırıb, saytın əsas məram və məqsədi barəsində danışıb. Səyyar sərginin ilk ekspoziyasında nümayiş etdirilən əsərlərin əsasən işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki Sərsəng su anbarı ilə bağlı yaranmış acınacaqlı durumu əks etdirdiyini qeyd edərək, bu su anbarında mümkün texnogen qəzaların faciəli nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Şamaxı İcra Hakimiyyətinin başçısı Asif Ağayev sərginin təşkilatçılarını ilk ekspozisiya münasibətilə təbrik edib, AVCİYA-nın və millət vəkili Elxan Süleymanovun rayondakı fəaliyyətindən razılıqla danışıb.
Azərbaycan Respublikasının əməkdar rəssamı Elşən Hacızadə sərgidə nümayiş etdirilən əsərlərin bədii məziyyətlərindən bəhs edib.
Xatırladaq ki, 1905.az saytının səyyar sərgisi həftə sonuna kimi Şamaxıda nümayiş etdiriləcək.
1905.az
































Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








