1903-cü il
– Kilsə torpaqlarının Rusiya Torpaq və ƏmlakNazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinəzərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-türk, anti-müsəlmanəhval-ruhiyyəsinin qızışmasına səbəb oldu. 1903-cü il 29 avqust Gəncədə, 2 sentyabr- Qarsda və Bakıda, 12 sentyabr-Şuşada,14 oktyabr-Tiflisdə ermənilər iğtişaşlar və terror törədirlər.
1905-ci il- Bakıda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, Tiflisdə və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say üstünlüyünə nail olmaq istəyirlər
1905-ci il 6 fevral
– Bakıda bir nəfər azərbaycanlının ermənilər komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər
6-10 fevral- Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub olmuşlar
21-23 fevral- Ermənilər İrəvanda da qırğınlar törətmişlər
1905-ci il 5 may- Naxçıvan qəzasının Cəhri kəndində üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın Tunbul kəndində öldürülməsi ilə münaqişə yenidən qızışır
23 may- ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə hücumu ilə İrəvanda qırğınlar başlanır
31 may- İrəvanda qırğınlar dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə hücum edirlər
2 iyun- 10 min nəfərlik erməni alayı Məngüs kəndinə hücum edir. Dağılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır.
3 iyun- Ermənilər Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir.
3 iyun- Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin (Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir,
8 iyun- müsəlmanlar Üşü kəndini tərk edirlər.
9 iyun- ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar.
10 iyun-ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar.
1905-1906-cı illər- İrəvan quberniyasında əhalinin 10 illik təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilir
1905-ci il noyabr- Gəncə şəhərində, Cavanşir və Qazax qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız azərbaycanlını qətlə yetirirlər
1906 -cı il- Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınarına son qoymaq məqsədilə sülh konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları “Daşnaksutyun” partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirilər.
1906-cı il avqust- Ermənilər Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan edir, azərbaycanlı əhalisinə qarşı soyqırım törədirlər
1918-ci il- erməni silahlı qüvvələri tərəfindən Bakı quberniyasında 229 yaşayış məntəqəsi dağıdılır
1947-1953-CÜ İLLƏR DEPORTASIYASI
1947-ci il 27 dekabr- SSRİ Nazirlər Soveti «Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 №-li qərar qəbul edir. Bu qərara əsasən 1948-1950-ci illərdə «könüllülük prinsipi əsasında» Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməli idi.
1948-ci il 2 fevral- Azərbaycan SSR Nazirlər Soveti müvafiq qərar qəbul edir. Bu qərara əsasən 1948-ci ildə Ermənistandan köçürüləcək 10 min nəfər əhalini qəbul etmək və yerləşdirmək planlaşdırılmışdı
1948-ci il 10 mart- SSRİ Nazirlər Soveti 4083 №-li qərara əlavə olaraq «Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında 754 №-li qərar qəbul edir
1948-ci il- Ermənistandan Azərbaycana 6298 ailə (24631 nəfər) köçürülmüşdür.
1949-cu il 21 sentyabr- vəziyyətin dözülməz olduğunu nəzərə alaraq Azərbaycan SSR Nazirlər Soveti SSRİ Nazirlər Sovetinə müraciət edir ki, həmin il üçün köçürülmə planını 10 min nəfərə endirsin.
1949-cu il- Ermənistandan 12306 ailə (54373 nəfər) köçürülür. Köçürülənlər əsasən Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir, Salyan, İmişli, Sabirabad və Yevlax rayonlarında yerləşdirilir.
1950-ci il 19 sentyabr- Ermənistan SSR Ali Sovetinin fərmanı ilə aşağıdakı dəmiryol stansiyalarının adları dəyişdirilmişdir: Kolagirən – Tumanyan, Hamamlı – Spitak, Ortakilsə – Maisyan, Tomardaş – Vardakar, Arpaçay – Axuryan, Buğdaşen – Baqravan, Qaraqula – Gedap, Ələyəz – Araqats, Boğudlu – Arteni, Qaraburun – Qarmraşen, Qamışlı – Sovetaşen, Uluxanlı – Masis, İmanşahlı – Mxçyan, Qəmərli – Artaşat, Şirazlı – Ayqavan.
1951-ci ilin əvvəlləri- köçürülən əhalinin bir hissəsi məcbur olub Ermənistana – boşaldılmış kəndlərə qayıdırlar
1951-ci il 19 mart- Dilican rayonu İcevanla, Əzizbəyov rayonu Mikoyan rayonu ilə, Ələyəz rayonu Abaranla, Qarabağlar rayonu Vedi ilə, Qukasyan rayonu Amasiya ilə birləşdirilir
1951-ci il- Ermənistandan 1500 ailənin Kür-Araz ovalığına köçürülməsi planlaşdırılır
1952-ci il- Azərbaycan SSR Nazirlər Sovetinin köçürmə planı haqqında qəbul etdiyi qərarda 1200 təsərrüfatın köçürülməsi nəzərdə tutulur və ilin axırında bu plan 124,6 faiz yerinə yetirilir.
1953-cü il- İ.Stalinin ölümündən sonra köçürmə dayandırılır və əhalinin geriyə qayıtma prossesi sürətlənir.
1988-1989-CU İLLƏR DEPORTASIYASI
1988-ci il 19 fevral- İrəvanda kütləvi mitinqlər başlanır
1988-ci il 20 fevral- DQMV Xalq Deputatları Sovetinin yalnız erməni deputatların iştirakı ilə keçirilən növbədənkənar sessiyası vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi haqqında qərar qəbul edir
1988-ci il- respublika rəhbərliyi azərbaycanlıların təhlükəsizliyinin qorunmasına təminat verməməklə, onlar arasında vahimə və qorxu yaradaraq onların Ermənistandan deportasiya edilməsinə başlayır
1988-ci il 25 mart- “Qarabağ” komitəsinin fəaliyyəti Ermənistan SSR Konstitusiyasına və mövcud qanunvericiyə zidd olduğuna görə respublikanın Ali Soveti həmin komitəni qeyri-qanuni hesab edərək fəaliyyətinin dayandırılması haqqında qərar çıxarır
1988-ci il 15 iyun- Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin xahişi ilə Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasına razılıq verilir
1988-ci il 15 iyun- Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşır.
1988-ci il 18 iyul-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV-i haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsi yolverilməz hesab edildikdən sonra, erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başlayırlar
1988-ci il noyabrın ortaları- Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirir
17 noyabr-Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilir
27 noyabr -Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) V.Movsesyan Vardenis rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan edir
1988-ci il 1 dekabr ayınadək- rəhbər vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilirlər
1988-ci il 6 dekabr- demək olar ki, bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerləri məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul edir
1988-ci il 15 dekabr- Ermənistan rəhbərliyi özünü “sığorta” edərək azərbaycanlıların Ermənistana qayıtmasına təminat verilməsi illüziyası yaratmaq məqsədilə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 6 dekabr tarixli yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini müzakirə edərək 13 rəhbər işçini partiya sıralarından kənar edir, (daha dəqiq desək, bir vəzifədən başqa vəzifəyə dəyişdirmişdi), 68 nəfərə partiya tənbehi verir.
1989-cu il 4 yanvar- Ermənistan rəhbərliyinin “xahişi” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-larının, Ali Soveti Rəyasət heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə qayıtmaları üçün qaçqınlara müraciət edir
1989-cu il 1 dekabr- Ermənistan Ali Sovetinin DQMV-ni Ermənistana birləşdirilməsi haqqındakı qərarlardan sonra azərbaycanlıların Muxtar Vilayət ərazisindən nə yolla olursa-olsun çıxarılması prosesi daha da güclənir
1988-89-cu illər- Moskvanın ermənilərə arxa durması nəticəsində indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldılır
1990-cı il 9 avqust- Azərbaycan Respublikası Ali Soveti SSRİ Prokurorluğuna 05-1-208 nömrəli məktubla müraciət edərək Ermənistanda milli münaqişələr zəminində həlak olmuş azərbaycanlılar haqqında məlumat verməyi xahiş edir
2- 15 dekabr- Ermənistandan daimi yaşayış yerlərinə (yəni Azərbaycana) 2300 nəfərdən artıq erməni qayıtmışdır, o cümlədən Bakıya 1100 nəfər, Şamaxıya 315 nəfər, Zaqatalaya 110, Şamxora 54 nəfər
1991-ci 9 aprel- Ermənistan Respublikası Ali Sovetinin fərmanı ilə 90 türk mənşəli məskənlərinin adları dəyişdirilir.
11.09.2017-ci ildə ilk dəfə dərc edilib.