1918-ci ildə türk-müsəlman əhalisinə qarşı törədilən cinayətləri üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra mümkün olmuşdur. Beləki, Milli hökumətin ən mühüm qərarlarından biri daşnak canilərinin törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması oldu.
Hökumətin iclasında Xarici işlər naziri M.H.Hacinski bu məsələ ilə bağlı çıxışında qeyd etdi ki, 4 aydır ki, erməni cəlladları dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədirlər. Bununla yanaşı, zorakılıq törədənlərin yalan xəbərləri nəticəsində Avropa ictimaiyyətində bizimlə bağlı əks əhval-ruhiyyə yaradılır. Buna görə də belə bir təşkilatın yaradılmasına böyük ehtiyac hiss olunur. Həmin təşkilat Fövqəladə Komissiya xarakteri daşımalıdır, həm də bu komissiyanın topladığı sənədlər Azərbaycan, rus, ingilis, fransız, alman dillərində nəşr edilib yayılmalıdır. Vəkil Ələkbərbəy Xasməmmədov (sonralar Azərbaycan Məhkəmə Palatasının sədri olmuşdur) Təhqiqat Komissiyasının sədri təyin edildi. (2) Bir neçə ay ərzində Fövqəladə Təhqiqat Komissiyası daşnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü. Zərər çəkmiş on minlərlə vətəndaş və şahidə dindirilmiş, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplandı.
Məlumdur ki, 1917-ci ilin fevralında Rusiyada burjua-demokratik inqilabı nəticəsində Romanovlar sülaləsi devrildi və Müvəqqəti hökumət təşkil edildi. Müvəqqəti hökumət Rusiya xalqlarına müraciətində elan etdi ki, birinci dünya müharibəsi başa çatandan sonra xalqların öz müqəddəratını həll etməsi məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin oktyabrında Rusiyada bolşeviklərin hakimiyyəti zorakı yolla ələ keçirməsi Rusiya xalqlarının bu arzularını boşa çıxartdı. Bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bolşevik pərdəsi altında bərpa etməyə başladılar.
1917-ci ilin sonu – 1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi yetişməkdə idi. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuş S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə qayıtmaq əvəzinə Bakıda toplaşdı. Bu əsgərlərin Bakıda saxlanmasında Şaumyan böyük fəallıq göstərirdi.
Azərbaycanda milli qüvvələrə başçılıq edən «Müsavat»ın getdikcə artan nüfuzundan qorxuya düşən bolşevik-daşnak qüvvələri Bakını inqilabla əksinqilab arasında mübarizə meydanı elan etmişdilər. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmlənmişdi.
1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və dünya daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və “Daşnaksütyun” partiyasının rəhbərləri ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara “dərs vermək” üçün milli qırğına hazırlaşırdı.Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paraxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasnı tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfdən müsadirə olundu.
Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, topaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün müsəlman xeyriyyə cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də (təzə stillə 31 mart – A.İ.) səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlər inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən erməni yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalisindən ruslar və gürcülər qalmışdı.
Bakıda soyqırımı planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.
Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyilir: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətraflarında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün təbii surətdə ermənilərin əlinə keçməsi məqsədilə ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi (3). Azğınlaşmış və vəhşiləşmiş erməni quldurları dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.KIuge bu komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər” (4).Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Ermənilər öldürməyə macal tapmadıqları qadınları isə öz hörükləri ilə bir-birinə bağlayaraq başıaçıq, ayaqyalın arabalara mindirib aparır, yolda isə tüfənglərin qundaqları ilə onları döyür, şikəst edirdilər.Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə,dənizə və quyulara atırdılar ki. cinayətin izini itirsinlər. (5).Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaklar Bakıda dünya memarlığı incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar (6).
Təhqiqat Komissiyasının materiallarında bu vəhşiliklər barəsində deyilir: “1918-ci il martın 18-də bir erməni zabiti, yanındakı üç erməni əsgəri ilə “Kaspi” qəzeti redaksiyasının və “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin binaları arasındakı dalana gəldi və “İsmailiyyə” binasına daxil oldu. Birazdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular”. Həmin zabit “Daşnak sütyun” partiyasının görkəmli xadimi Tatevos Əmirov idi. Bu, həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu “yenilməz inqilabçı”, “xalqlar dostluğu uğrunda mətin mübariz” kimi təbliğ etmişdi.
Talançılar “Kaspi” qəzeti redaksiyasının və “Dağıstan” mehmanxanasının binalarını, “İsgəndəriyyə”ni, “İslamliyyə”ni də yandırmışlar. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü (7). Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı erməni ziyalıları, gəncləri də iştirak edirdilər.Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi” (8). “Nikolay Buniatov” paraxodu komandirinin köməkçisi zabiti Kazım Axundov yazır: Martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi.Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdi. Axundov öz tanışı texnik Vladimir Sokolovu . “Kərpicxana” deyilən yerə aparmışdı. Burada, o, 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunmuşdur. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır. İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilmişdir. Mismarın başından aydın görünür ki, onu divara daşla vurmuşlar. Daş elə oradaca idi. Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu alçaqlara “kişi” demək mümkündürsə) zorlamışdır.
Axundovla Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli bir mənzərə görmüşdülər: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın,8 yaşlı oğlanın və südəmər körpənin meyitləri var idi.Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Təsvir olunan mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o daha fotoşəkil çəkə bilməmişdi.
Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdur. Epidemiya tüğyan edərək minlərlə insanı qırmış, əhalinin su, ərzaqla təchizatı dayanmışdır. Bazar və mağazalardan, demək olar, bütün ərzaq malları yoxa çıxmışdır. Talançılar olub-qalan ərzaq ehtiyacını toplayıb aparmışdılar. Mətbuat yazırdı ki, “əhali əməlli-başlı zillət çəkirdi”.
Qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. Burada bədnam S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetmişdi (9). Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilərin, (axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı axundun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam ordusu 1918-ci ilin iyulunda Şamaxı ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki,həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır. (10) Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi. 1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış’ı dərc edilmişdir. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxnın yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yarıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışdır. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqları yandırılmış və yerlə-yeksan edilmiş halda görmüşlər”
Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasına ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının – şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı və s. – əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat olmuşdur (11).
“Çağırış” bu sözlərlə qurtarırdı: “Şamaxı qəzasının zərərçəkmiş əhalisinə yardım göstərmək hər bir vətəndaşın, xüsusən müsəlmanın vətəndaş vəzifəsi və mənəvi borcudur. Vətəndaş müsəlmanlar, Şirvanı xilas edin!”
Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki Şamaxı şəhərinin azərbaycan əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur.
Fövqəladə Təhqiqat Komissiyasının üzvləri – Gəncə quberniyasının Nuxa və Ərəş qəzalarında yoxlama keçirdi: N.Mixaylovun və N.Klassovskinin məruzəsində dəqiqləşdirilmişdir ki, təkcə bu qəzaların erməni dəstələri deyil həm də başlıca olaraq, gəlmə hərbi hissələr və İrəvan quberniyasının erməniləri müsəlman əhalisini ucdantutma qırmaq, kəndləri dağıtmaq və dövlət hakimiyyət orqanlarını və müsəlman ərazilərini tutmaq üçün bütöv bir planlar”. hazırlamışdılar (12).
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. 1918-ci ilin ilk aylarından Quba qəzasında müsəlman əhalisinə qarşı başlanan qırğınları faciə adlandırmaq vəhşiliklərin mahiyyətini tam açmır. Minlərlə insanın, dinc əhalinin, qadınların, uşaqların və qocaların əzab və işgəncə ilə qətlə yetirilməsi dəhşətli və ağlasığmaz qırğın idi. Quba faciəsi sırf siyasi məqsəd daşıyırdı. Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı bolşevik əsgərləri də iştirak edirdi. Erməni cəlladları hakimiyyətsizlikdən məharətlə istifadə edərək Qubada böyük bir qırğın həyata keçirtdilər. Bu qırğınlarda əsas məqsəd Azərbaycanda müsəlman əhalisini məhv edərək Sovet rejimi qurmaq idi. Çünki Sovet rejiminə rəhbərlik edən Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi.
Təki Azərbaycan deyilən dövlət qurumu yaranmasın.
Faciəni səciyyələndirən başlıca cəhət odur ki, Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələr, od vurub yandırırlar.
Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Amazasp və onun əlaltıları küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.
Amazasp Quba camaatını meydana yığıb bildirdi ki, minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam. Daşnak-bolşevik birləşmələrinin Quba qəzasında törətdikləri qırğınlar daha amansız və qəddarlıqla həyata keçmişdi. Şahidlərdən biri yazır: «Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu çağırıb və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə nıəcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı onlara əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana qarşı bu qədər vəhşilik törətsin». «Mən sizin qanınızı içəcəyəm» – deyən Amazasp Qırğının canlı şahidlərindən olan Harun Şahbalı oğlu xatırlayır: «Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi.Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq. Sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.küçələri al-qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadın hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyidini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batan erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış bir yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz baxılası müsibət deyildi». Başqa bir şahid yazır: Erməni dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuzda sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı .Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər». A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətinə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar. Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıranda ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin canlı şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır ki, «Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi».Qubaya gələn Amazasp ilk növbədə Muradyanın əsgərlərini həbsxanaya salanlardan qisas alaraq onların evini dağıtmış, mülklərini başdan-başa yandırmışdı. Gelovani Fövqəladə Təhqiqat Komissiyasına verdiyi izahatinda yazır: «Mən geniş səlahiyyətlər alaraq Qubaya gəldim. Amazaspa öz dəstələri ilə şəhəri tərk etməyi etdim. Əvvəlcə o, tərəddüd etdi və sonra bildirdi ki, getməyə hazırdır. Həqiqətən də Qubada olduğunun onuncu günü bütün dəstəsi ilə çıxıb getdi». Lakin Gelovaninin izahatında deyilənlər həqiqətə uyğun deyil. Çünki Amazasp belə asanlıqla qırğından əl çəkəcəkdisə, niyə yerliliyə meydan oxuyaraq deyirdi: «Mən erməni xalqını və onun mənafelərinin müdafiəçisiyəm. Mən cəza dəstə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən bura qayda-qanun yaratmaq,sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm. Mənə əmr edilmisdir ki, Xəzər dənizindən Şəhdağına kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv edim…» O, daha irəli gedərək deyirdi: «Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçkün və Kilid kəndlərinə keçərək, Şahdağa çatacağam». Doğrudur, müsəlman qanına susayan Amazaspın arzusu ürəyində qaldı. Üç gün davam edən döyüşlər müsəlmanların qələbəsi ilə başa çatdı. Hər iki tərəf böyük itki verdi. Döyüş yeri tarixə «Qanlı dərə» kimi daxil oldu.Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci il qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir. Göyçay qəzasının Kürdəmir kəndində daşnaklar 56 ev və dükanı, 127 malikanəni, iki məscidi yandırmış, yerli imanın mənzilini talan etmişlər. Mənzildəki Quranın təfsirinə dair zəngin kitabxanadan tonqal düzəldilmiş, Quranın özü isə təhqir olunmuşdur. Göyçay qəzasında Cəngi (Caylı), Qaravəlli, Qarabucaq, Mustafanı, Xəlil Qasımbəy, Ərəb-Mehdibəyli, Sadalı kəndləri və digər obalar da darmadağın edilmişdir.
Komissiyanın sədri Xasməmədov Xarici İşlər Nazirinə yazırdı ki, Avropa sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Şamaxı, Quba şəhərlərində, Şamaxı, Göyçay, Cavad və Quba qəzalarında türk-müsəlman əhalisinə qarşı daşnak-bolşevik birləşmələri tərəfindən törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar kifayət qədərdir. Lənkəran qəzası polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsi isə polkovnik İllarinoviç başda olmaqla başqa bir dəstə tərəfindən, İrəvan quberniyasında, Gəncə quberniyasının dörd qəzasında – Cəbrayıl, Cavanşir, Şuşa, Zəngəzurda böyük dağıntı törədilərək, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir. (13)
Lənkəranda olan «Dikaya diviziya»nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar.Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri «Aleksandr Candar» paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddət etdi» Osmanlı qoşunlarının Bakını azad etməsindən bir ay əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakları təhqir edir, pul verməkdən imtina edir,onları Osmanlı türklərindən qorumaq üçünsə qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirtməyə mane olurdu. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər.Ermənilər yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919cu ilin avqustunda «MoIokan qiyamı» yatırılana qədər bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti də ona görə ağırlaşmışdıki, erməni kəndlərindəki sik quldur dəstələrı ilə yanaşı bu qəzada general Andranik erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunlar da var idi. Andranik Erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Fövqəladə Təhqiqat Komissiyasnın sənədlərindən məlum olur ki, 1918-1919-cı illərdə Sisyan mahalının birinci polis sahəsində olan bütün müsəlman kəndləri, ikinci poIis sahəsində olan kəndlərin əksəriyyəti, üçüncü, dördüncü və beşinci polis sahəsindəki müsəlman kəndlərinin isə çox hissəsi məhv edilmişdi. Bəzi kəndlər ümumiyyətlə yer üzərindən silinmiş, həmin kəndlərin torpaqları ermənilər tərəfindən əkin yeri üçün şumlanmışdır. 50 mindən yuxarı müsəlman qaçqın qismən dördüncü polis sahəsində, qismən də Cəbrayıl qəzasında özlərinə sığınacaq tapmışdılar. Fövqəladə Təhqiqat Komissiyasnın məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfin- dən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır.Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərinin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.
Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmazlar. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adaralarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində iki yerə şaqqlanmış uşaq meyitiəri atılıb qalmışdı. İrmişli kərdini talan edərkən ermənilər südəmər uşaqlan süngülərə taxıb göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.
Çullu kəndində ermənilər yorğan – döşəkdə xəstə yatan 9 nəfər müsəlmarı qılıncla doğramışlar. Bağıbəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb birlikdə diri-diri yandırmışlar. Müsəlman meyitlərin ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışdırki həmin ozaların hansı meyitə məxsus olduğunu bilmək olmurdu. Zəngəzur qəzasında 1918-ci il yayın axırlar və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andrankin rəhbərliyi altında keçirilmişdir.
Zəngəzur qəzasnın 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə iribuynuzlu və yüz minlərlə xırda buynuzlu mal-qara ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə qəzanın müsəlman əhaisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmışdı. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif kəndələrinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur.
Ermənilərin Zəngəzurun müsəlman əhalisinə qarşı hücumları
1919-cu ilin dekabrından yenidən şiddətləndi. Noyabr ayında ermənilər müsəlmanlar yaşayan Oxçu, Atqız, Şabadan, Pirdavdan kəndlərinə qarşı geniş hərbi əməliyyata başladılar. (14).
Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşiliklləri 1920-ci ilin əvvələrində daha amansız bir şəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilaçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizələyərək Paris sülh konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə yanaşı Ararat Respublikasının on mindən yuxarı nizami qoşun dəstələri iştirak edirdi.
Ermənilərin irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci il yanvarından Azərbaycan Respublikasının Parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər daxil olurdu.
1920-ci il yanvarın 21-də Azərbaycan Respublikasının parlamentinin üzvü Cəlil Sultanov tərəfindən Azərbaycan parlamentinə göndərilimiş teleqramda deyilirdi: «Dörd gündür ki, erməni quldur dəstələri nizami ordu ilə birlikdə top və pulemyotların atəşi altında Zəngəzura hücumları davam edir… İtkilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur… Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamam məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz». (15). Yanvarın 22-də isə Cəbrayıl məktəbinin nəzarətçisi M.Axundzadə Azərbaycan parlamentinə göndərdiyi teleqramda yazırdı: «Yanvarın 19-da səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan Qaladərəsinə kimi ora bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı kənd tamam dağılmış, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadın və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvələri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qurtarırlar» (16). 1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütün yerlə-yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın biri neçə kəndi istisna olunmaqla, İrəvan qəzasını,o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhahi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişlər.
Quqark rayonunun Vartanlı kəndində isə faciə belə başlandı: Aprel ayının ortalarında iclas keçirmək adı altı azərbaycanlıları bir komaya yığırlar. Təxminən 1200-1500 adam bu komaya toplaşır. Keşiş Vahan iclası açır, bir neçə kəlmə ilə bu iki xalqın bir kənddə mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər sonra silahlı ermənilər içəri daxil olub keşişi bayıra çıxarır, komanın qapısını bağlayaraq damından içəriyə saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər. Əliyalın xalqın müqaviməti nəticəsiz qalır. Yerevan şəhərinin şimal-şərqində yerləşən Kotayk rayonu ərazisində də 1918-ci ildə erməni quldur dəstələri azərbaycanlılara qarşı geniş soyqırımı həyata keçirtdilər. 918-ci ilin məlum hadisələrinə qədər bu rayonda yaşayan əhali arasında azərbaycanlılar üstünlük təşkil edirdi. Lakin həmin dövrdə rayonun Avdallar, Artiz, Aşağı Qaxt, Başkənd, Bozkosa, Qayaxaraba, Qaraçala, Qaraçörək, Qızqala, Qurbağalı, Damagirməz, Dəlləkli, Əkərək, Zər, Yelqovan, Yellice, Kamal, Kənxan, Kərpicli, Küzəcik, Göykilso, Gülücə, Nurnus, Oxçu qalası, Təzəxarab, Çobangörükməz v s. kəndlərindən azərbaycanlı əhali böyük işgəncələrlə qovulmuşdur. Onların əksəriyyəti Andranikin və daşnak hökumətinin silahlı erməni dəstələri tərəfindən öldürülmüşdür. 1920-ci ilin aprelində «Azərbaycan» qəzeti yazırdı: «Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Daşkənd, Qoşalaq, Sarıyaqub, Baş Şorca, Aşağı Şorca, Soğanqulu-ağalı, Ağkilso, Zod, Qulu, Ağalı, B.Qaraqoyunlu, K. Qaraqoyunlu, Zərzibil, Ədli, İnəkdağ, Qaraiman, Kəsəmən, Başkənd, Bala Məzrə, Şişqaya, Baş Hacı, Qəribqaya kəndlərinin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı -başına buraxıb qaçmışdır. Bütün bu var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon hətta milyardlar qədərdir». Andranikin quldur qoşunun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə-baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni müəllifləri faktı təsdiq edirlər. Tarixçi Z.Korkodyan «Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər» kitabında faktı kim göstərir ki’ 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk azərbaycanlı qalmışdı.
1918-ci ildə «İrəvan quberniyasında 211, vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarnın çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən <türksüz Ermənistan» siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 1920-ci i 27-də XI Qırmızı Ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı. Beləliklə 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, «Daşnaksütyun» partiyasınm «Böyük Ermənistan» yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur. Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin saxtalaşdınlması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdı ki, bunlardan aşağıdakılara diqqəti cəlb etmək yerinə düşər: 1920-ci ilin aprel işğah ilə Azərbaycan Milli hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Nəticədə respublikada nəinki ziyalılara, hətta milli baxışlı komunistlərə də divan tutuldu, milli adət-ənənələrimiz ayaq altına atılldı, bütün bu işlərin icraçıları ermenilər oldu. –bu gün müstəqil Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin əsası əfər 20-ci illərdə qoyuldu.
-bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.
– otuzuncu illərin repressiyalarında erməni xisləti üçün yaranmış fürsətdən məharətlə istifadə edildi.1947-53-cü illərdə yüz minlərlə soydaşımız öz ata-baba torpaqlarından (Qərbi Azərbaycan) didərgin salındı. – 1992-cı ilin yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, ümumiyyətIə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə soyqırımının unudulmasının bilavasitə nəticəsidir.
1918-ci ilin martında erməni vəhşiliyindən canınını qurtarıb Bakını tərk edən soydaşlarımızın qaçqın həyatı qan yaddaşımıza həkk olunsaydı, fikrimizcə, bu gün biz bir milyon insanı qaçqınlıq taleyini yaşamağa məcbur edən erməni məkri qarşısında aciz qalmazdıq.
Nəhayət, Ü.Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı «31 mart» adlı məqaləsindən bu gün üçün də aktuallığnı saxlayan bir fikri xatırlamaq yerinə düşər: «Bu günkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcək hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə qorumağa çalışmaqdır».
Anar İsgəndərov
Tarix elmləri doktoru, professor
30.03.2016