01-12 iyun 1918-ci il: S.Lalayanın və T.Əmiryanın başçılıq etdiyi daşnak terror qrupları Hacıqabul-Kürdəmir, Göyçay ərazilərinə soxulurlar. Yeddi min əliyalın, təhlükəsiz, dinc sakini qətlə yetirirlər;
04 iyun 1918-ci il: Daşnak terrorçuları Qubada təxribat törədərək doqquz nəfəri girov götürürlər. Girovlardan beş nəfərini xüsusi qəddarlıqla qətlə yetirirlər;
08 iyun 1918-ci il: Daşnak terror qrupları Zəngəzurun Şıxlı kəndinə basqın edirlər. 95 nəfər Azərbaycan türkünü qətlə yetirirlər. Kənd tamamilə dağıdılır;
10 iyun 1918-ci il: Daşnak terrorçuları Zəngəzurun Zabazadur kəndinin müsəlmanlar yaşayan məhəlləsinə basqın edirlər. Sayı qeydə alınmayan qətliam törədir, əhalini yurd-yuvasından birkərəmlik didərgin salırlar;
11 iyun 1918-ci il: Gəncədə yuva salmış daşnak terror qrupu 15 nəfər süvarini, Milli Ordu əsgərini girov götürərək tikə-tikə doğrayırlar;
11-20 iyun 1918-ci il: Göyçay ərazisinə daxil olan daşnak terror qruplaşmaları Cəngi kəndində 5 mülkü yandırır, burun-qulaqlarını kəsərək, kəllə sümüklərini əzərək 20 nəfəri; Qaravəlli kəndində 30 evi yandırır, 2 nəfəri; Qarabucaq kəndində 121 evə od vurur, 7 nəfəri; Ərəb-Mehdibəy kəndində 84 mülkü yandırır, 83 nəfəri qəddarcasına qətlə yetirirlər. Mustafalı, Sadalı kəndlərini talan edirlər;
14 iyun 1918-ci il: Daşnak terror birləşmələri Xoy şəhərini mühasirəyə alıb top atəşinə tuturlar. Evləri dağıdıb qarət etdikdən sonra yandırırlar. Şəhərin dinc və məsum əhalisini al qanına boyayırlar. 30 min Azərbaycan türkünü qətlə yetirirlər. Daşnakların məqsədi şəhəri türklədən təmizləyərək burada erməni dövləti yaratmaq olmuşdur;
19 iyun 1918-ci il: Daşnak terrorçuları Ağdaş-Qəbələ yolunda Baxşəli adlı Azərbaycan türkünü ailəsi ilə birlikdə məhv etmişlər. Terrorçular Baxşəlini xüsusi qəddarlıqla, dərisindən zoğ açıb diri-diri ağacdan asaraq qətlə yetirmişlər;
20 iyun 1918-çi il: Nuxa yolunda daşnak terrorçuları biçindən qayıdan 23 nəfəri qətlə yetirmişlər;
21 iyun 1918-ci il: Erməni-daşnak terror birləşmələri Nuxa qəzasının Ağdam-Hacılı yolunda karvana basqın etmişlər. Terrorçular tərəfindən 60 nəfər qətlə yetirilmiş, 200 arabalıq əmlak talan edilmişdir;
01 dekabr 1917-ci il – 30 iyun 1918-ci il: Erməni-daşnak terror birləşmələri İrəvan quberniyasının azərbaycanlılar yaşayan 200 kəndinə həmə etmişlər. Kəndlər dağıdılmış, yaşayış məntəqələrinin əliyalın dinc sakinlərinə amansız işgəncələr verərək qəddarlıqla qətlə yetirilmişlər. Dağlara qaçan əhalinin çoxunu don vurmuş və ya acından ölmüşlər. İrəvan, Üçmüəzzin, Şərur 25 qəzalarından 100 min insan od-ocağından didərgin salınmışdır. Sayı qeydə alınmayan on minlərlə Azərbaycan türkü qətlə yetirilmişdİr;
Ə.Əroğul “Azərbaycanda erməni-daşnak terrorunun xronoligiyası (Bakı, 2009, Təknur)” kitabından