“Bu ləkəni bu dəfə siləcəyik, ən azı elmi cəhətdən. 2015-ci il erməni diasporu için bir final ili olacaqdır. Erməni soyqırımı iddialarına qarşı Türkiyə Baş nazirliyinin nəzarətində İstanbul və Parisdə iki beynəlxalq simpoziumun keçirilməsi nəzərdə tutulur”. Bunları Türkiyənin Manisa şəhərindəki Cəlal Bayar Universitetinin tarix kafedrasının müdiri Prof.dr.Mehmet Çelik Türkiyə Gənclər və İdman Nazirliyinin gənclər üçün təşkil etdiyi “Lider Gənclər layihəsi tematik tarix düşərgəsi” çərşivəsində keçirilən konfransda deyib. 2015-ci ilin erməni soyqırımı iddiaları baxımından əhəmiyyətli bir il olduğunu qeyd edən professor uydurma erməni soyqırımının 100-cü ildönümünə görə erməni diasporunun daha fəal olacağına diqqət çəkərək tarixçilər tərəfindən bu iddialara lazımi cavab verilmədiyini və təcrübəli mütəxəssislərin yetişmədiyini bildirib. “Ermənilər bu sahədə çox böyük məsafə qət ediblər. Biz də öz tərəfimizdən simpoziumlarla, xarici mərbuatda bəzi məqalələrlə bu iddialara cavab verməyə çalışdıq. Ancaq bu, kifayət etmədi. 2015-ci il erməni diasporu üçün bir final ili olacaqdır. Xüsusilə onlar bu qərarın ABŞ Konqresindən keçməsi ücün çalışacaqlar. Ələlxüsus aprel ayında bütün dünyanın diqqətini erməni məsələsinə yönəldəcəklər. Biz də bir dövlət kimi bu məsələ ilə əlaqədar bəzi hazırlıqlar görürük. Bunun üçün Baş nazirliyin nəzarəti altında İstanbul və Parisdə iki beynəlxalq sempoziumum keçirilməsi nəzərdə tutulur. Simpoziumların hazırlıqlarına başlamışıq. Biz buraya təkcə türklərin mövqeyini müdafiə edən insanları çağırmayacağıq. Bu barədə deməyə sözü olan ciddi akademikləri, siyasətçiləri, media nümayəndələrini bu 2 simpoziuma dəvət edəcəyik. Simpoziumla yanaşı dəyirmi masalar, seminarlar təşkil edəcəyik. Bu məsələ ilə bağlı kimin nəyi varsa, ortaya tökəcək. Biz bundan əminik ki, uzun illərdir öz arxivlərimizdə 1985-ci ildən bu yana gördüyümüz işlərdə, Rusiya, İngiltərə, ABŞ, Fransa və Almaniya arxivlərindəki araşdırma işlərində Türkiyə Respublikasının məsələyə ciddi yanaşmaması nəticəsində bu ləkə bizim alnımıza yapışıb və beynəlxalq aləmdə sanki biz məhkum edilmişik. Bu ləkəni bu dəfə siləcəyik, ən azı elmi tərəfdən. Bundan sonrası artıq siyasətçilərin işidir”,-deyə prof.dr. Mehmet Çelik bildirib.
SİYASİ BİR MƏSƏLƏYƏ ÇEVRİLİB
Erməni soyqırımı iddialarının siyasi bir məsələ halına gəldiyinə diqqət çəkən Prof. Dr. Çelik, “Zənnimcə indiyə qədər istər Türkiyədə, istərsə Türkiyədən kənarda gördüyümüz işlərdən daha yaxşı, daha samballı, daha ciddi bir iş olacaq. Bu işin nəticəsində əldə olunacaq məlumatları bundan sonra siyasətçilər qiymətləndirəcək və bu məsələni siyasətçilər həll etməyə başlayacaqlar. Simpoziumlardan birincisini 2015-ci ilin yanvar ayında İstanbulda, ikincisini isə aprel ayında Parisdə keçirməyi düşünürük”,-deyib.
Simpoziumlara Türkiyənin Yıldız Teknik Universiteti, Ankara Universiteti və Cəlal Bayar Universiteti birgə ev sahibliyi edəcək(təşkilatçılığı ilə keçiriləcək) və onun idarə heyətinə professorun özü sədrlik edəcək.
http://45haber.com/yasam/ermeni-soykirimi-iddiasina-karsi-sempozyum.html