Türkiyənin ictimai və siyasi xadimləri, məşhur şəxsləri, KİV-i millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun layihə rəhbəri olduğu “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyaya dəstək verərək hər zaman yanımızda olduqlarını bir daha nümayiş etdiriblər.
Yearly Archives: 2016
Azərbaycan Ordusunun şəhid zabitləri dəfn edilib
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda “Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar – mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə, baş leytenant Əbubəkir İsmayılov, eləcə də polkovnik-leytenant Murad Mirzəyev aprelin 11-də son mənzilə yola salınıblar.
Ağ Evin saytında açılmış petisiya ilə bağlı Dillər Universitetində görüş keçirilib
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan”Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” petisiya layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.
Corciya ştatının Nümayəndələr Palatasında ermənipərəst qətnamənin müəllifləri Azərbaycanı dəstəkləyib
ABŞ konqresmeni Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
Aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri 2016-cı il 10 aprel tarixində qoşunların təmas xəttində qaytarılmışdır.
Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilmişdir. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozmuşdur.
Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcəkdir.