
Türkiyənin ictimai və siyasi xadimləri, məşhur şəxsləri, KİV-i millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun layihə rəhbəri olduğu “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyaya dəstək verərək hər zaman yanımızda olduqlarını bir daha nümayiş etdiriblər.
APA-nın məlumatına görə, bu kampaniyanı bir qardaşlıq vəzifəsi hesab edən Türkiyənin ictimai- siyasi xadimləri və məşhurlarından -Türkiyə Respublikasının sabiq Avropa Birliyi naziri Egemen Bağış, Prezident məsləhətçisi Hidayət Türkoğlu, hakim partiya olan AK partinin millət vəkilləri, dövlət və qeyri-hökümət təşkilatları, məşhur sənətçilər Mustafa Sandal, Demet Akalın, dünyaca məşhur türk futbolçu Arda Turan, Türkiyənin məşhur futbol komandaları və futbolçuları imzalayıb və özlərinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə petisiyanın linkini paylaşaraq, insanları səs verməyə səsləyib, Azərbaycanın haqq işinə dəstək olduqlarını vurğulayıblar.
Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-dan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti ElxanSüleymanovun imzası ilə Obama administrasiyasına petisiya (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) ilə müraciət açılıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










