Xüsusi müxbirimiz xəbər verir ki, martın 31-də Ağ Evdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən dövlət və hökumət başçılarının şərəfinə Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın adından nahar verilib. Davamını oxu
Yearly Archives: 2016
Erməni hərbi birləşmələri və onların Bakıdakı mart soyqırımında rolu
1914-ci ilin iyulunda Birinci dünya müharibəsinin başlanması Rusiya imperiyasında vətənpərvərlik ruhunun görülməmiş yüksəlməsinə gətirib çıxardı. Çar hökumətinə, qulluq göstərməkdə canfəşanlıq edən qüvvələrin sırasında “Daşnaksutyun” partiyası xüsusi yer tuturdu. Erməni “türk zülmündən” qurtarmaq üçün rus çarına və ordusuna inamının möhrəm əsasları var idi. Çünki hələ Osmanlı imperiyasına müharibə elan edilməmişdən əvvəl II Nikolay ermənilərə ünvanlanmış xüsusi bəyanat yayıb, onlara türklərin “despotik əsarətinə” çar hökumətinə yardım etdikləri halda, onlara “azadlıq və ədalət” vəd etmişdi. Bu çar tərəfindən görülməmiş “alicənab jest” idi, çünki bundan bir qədər əvvəl, 1909-cu ildə bütün Rusiya üzrə ardı-arası kəsilməyən və rus hökumət orqanlarının səbr kəsasını doldurmuş terror aktları törətmiş daşnak təşkilatları üzvlərinin kütləvi həbsləri keçirilmişdir. Həmin vaxtda bütün dünyada “Daşnaksutyun” partiyasının üzvlərinin sayı 165 minə çatırdı və yalnız Bakı təşkilatında 2 mindən artıq üzv var idi. Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-dakı yəhudi təşkilatlarının rəhbərliyi ilə görüşüb
Xüsusi müxbirimiz xəbər verir ki, martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşüb. Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşü
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb. Davamını oxu
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın bir sıra konqresmenləri ilə görüşüb
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb. Davamını oxu
Azərbaycanda mart faciəsindən bir əsr keçir, günahkarlar isə hələ də cəzalanmayıb
Martın 30-da Versii.com internet nəşrində hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü Arif Cəmil oğlu Quliyevin azərbaycanlıların soyqırımından bəhs edən “Azərbaycanda mart faciəsindən bir əsr keçir, günahkarlar isə hələ də cəzalanmayıb” sərlövhəli məqaləsi dərc olunub. AZƏRTAC məqaləni təqdim edir.
Hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Bu, son 100 ildə Azərbaycanda baş vermiş qanlı hadisələrin qurbanlarının xatirə günüdür. 1918-ci il martın 30-31-də Bakı kommunasının başçıları şovinist ermənilərlə birlikdə müsəlman əhaliyə qarşı tarixdə görünməmiş qırğın törətmişdilər. Davamını oxu