
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışıldı, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirildi. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edildi.
Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışdı.
Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.
Sonra dövlətimizin başçısı konqresmenlərin suallarını cavablandırdı.
Vaşinqton, 31 mart, AZƏRTAC
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










