Dekabrın 23-də Bakıda, “Ambassador” otelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək.
Konfransda açılış nitqi ilə AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov “SOS Sərsəng” layihəsindən AŞPA qətnaməsinə” mövzusunda çıxış edəcək. Hüquq elmləri doktorları Əmir Əliyev, Rüstəm Məmmədov, Fazil Zeynalov, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, hüquq üzrə fəlsəfə doktorları Əlövsət Allahverdiyev, Samirə Eyvazova, Turqay Hüseynov, Azər Səfərov, eləcə də Şahin Məmmədrzalının da konfransda çıxışları nəzərdə tutulub.
Elmi-nəzəri konfransda Ermənistanın Azərbaycana təcavüzü və insan hüquqlarının müdafiəsi, Sərsəng su anbarının işğalı və beynəlxalq hüquq, Ermənistanın Azərbaycana təcavüzü beynəlxalq təşkilatlarda, AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin siyasi və beynəlxalq hüquqi əhəmiyyəti, beynəlxalq ekoloji təhlükəsizlik, silahlı münaqişələr və sağlam ətraf mühitdə yaşamaq hüququ, hərbi münaqişələr zamanı hidrotexniki qurğuların mühafizəsi, 2085 (2016) saylı AŞPA Qətnaməsi informasiya hüquqları və Azərbaycanın milli media hüququ kontekstində və s. mövzular müzakirə olunacaq.
Bütün media nümayəndələri konfransa dəvətlidir.

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









