23 saylı Nəsimi-Səbail seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə prosesi fəal şəkildə başlayıb. Məntəqədə ümumilikdə 1396 seçici qeydiyyatdan keçib və indiyədək 80 nəfərə yaxın şəxs səs verib.
Bunu AZƏRTAC-a açıqlamasında seçki məntəqəsinin sədri Xanım Sultanova deyib.
O bildirib ki, seçkilər şəffaf və qanunvericiliyə uyğun formada reallaşır.
“Bütün komissiya üzvləri səhər saatlarından etibarən seçiciləri qarşılamağa hazırdır. Ən yaşlı seçicimizin 96 yaşı var. Sağlamlıq problemləri olan şəxslərin də səsvermədə iştirakını təmin etmək üçün onların ünvanına daşınar seçki qutusu göndəriləcək”, – deyə o əlavə edib.