El dilində “Ruset” adlandırılan Rusiya Federasiyasının xeyli azərbaycanlı vətəndaşı var. Və onların sayı artmaqdadır. Üstəlik, bu tendensiya uzun illərdir ki, davam edir.
Məsələn, indi bizə çox uzaq gələn 1959-cu ildə Rusiya Federasiyasında əhalinin cəmi 0,1 faizini azərbaycanlılar təşkil edirdisə, 1989-cu ildə bu rəqəm 0,2 səviyyəsinə çatmışdı. Yeni minilliyin ikinci ilində isə Rusiya əhalisinin 0.4 faizi azərbaycanlılardan ibarət olub.
Saya gəlincə rəqəmlər belədir: 1959-cu il – 71 000 nəfər; 1989-cu il – 336 000 nəfər və nəhayət 2002-ci il – 621 000 nəfər.
Xüsusi olaraq qeyd edirəm ki, söhbət Rusiya vətəndaşlarından gedir.
Bəs ermənilərlə bağlı vəziyyət necədir?
1959-cu il – 256 000 nəfər ( əhalinin 0,2 faizi).
1989-cu il – 532 000 nəfər (əhalinin 0,4 faizi).
2002-ci il – 1 130 000 nəfər(əhalinin 0,8 faizi).
Xüsusi olaraq qeyd etməliyik ki, Rusiya Federasiyası əhalisinin ümumi sayında rusların payının azalması prosesi də paralel olaraq gedir.
Əgər 1959-cu ildə federasiya əhalisinin 83 faizi rus idisə, 1989-cu ildə bu rəqəm 81,5 faiz, 2002-ci ildə isə 79,8 faiz təşkil edib.
Mənbələr:
1. Итоги Всесоюзной переписи населения 1959 г. Рациональный состав населения СССР. РСФСР. М., 1960.
2. Наицональный состав населения РСФСР (по данным Всесоюзной переписи населения 1989 г.) М., 1990.
3. Итоги Всесоюзной переписи населения 2002 г. М,.2003.
Fuad Babayev
Siyasi elmlər üzrə fəlsəfə doktoru