60/285. Azərbaycanın işğal edilmiş torpaqlarındakı vəziyyət
Baş Assambleya,
Təsirə məruz qalmış ərazilərdə ekologiyaya geniş miqyasda zərər vuran yanğınların baş verməsi ilə bağlı ciddi narahatçılığını ifadə edərək,
- Təsirə məruz qalmış ərazilərdə yanğınların qarşısının alınması və onların zərərli nəticələrinin öhdəsindən gəlmək üçün israrlı şəkildə ekoloji əməliyyatın həyata keçirilməsinin zəruriliyini vurğulayır;
- Bu məqsədlə əməkdaşlıq etmək üçün tərəflərin hazırlığından məmnunluğunu ifadə edir və bu əməliyyatın etimad üçün mühüm bir zəmin olduğunu hesab edir;
- Ekoloji əməliyyatı həyata keçirmək üçün hazırlığın ilk mərhələsi kimi yanğınların ekologiyaya qısa müddətli və uzun müddətli təsirini qiymətləndirmək məqsədilə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının bölgəyə diplomatik heyət göndərmək niyyətini nəzərə alır;
- Bununla əlaqədar olaraq Birləşmiş Millətlər sisteminin, xüsusilə Birləşmiş Millətlər Ekologiya Proqramını Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edərək, xüsusilə, regionun ekoloji tənəzzülünün qısa müddətli və uzun müddətli təsirinin qiymətləndirilməsi və müqavimət göstərilməsi, həmçinin onun bərpası daxil olmaqla lazımi bütün köməyi və ekspertizanı təmin etməyə çağırır,
- Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərinə Baş Assembleyanın üzv dövlətlərini bu məsələ ilə bağlı 30 aprel 2007-ci ilədək hesabatla təmin etməyi tapşırır.
98ci plenar iclas
7 sentyabr 2006