RUSİYANIN ERMƏNİ ƏSİLLİ POLİTOLOQLARINDAN BƏZİLƏRİ HAQDA
Y.A.Plyaysın “Politologiya Rusiyada keçid dövrü kontekstində” (Moskva, 2009) kitabında yazılır ki, 1990-cı ildən 2007-ci ilə qədər Rusiyada 435 yerli vətəndaş siyasi elmlər doktoru elmi dərəcəsini alıb. Kifayət qədər böyük rəqəmdir.
Sözü gedən 17 il ərzində elmlər doktoru diplomu almış Rusiya politoloqlarının arasında soyadı “yan” sonluğu ilə bitən 8 alim var. Gəlin onlardan bir neçəsinin elmi işlərinin mövzularına nəzər salaq.
Kotancyan soyadlı alim 1992-ci ildə Rusiya İdarəetmə Akademiyasında “Milli təhlükəsizliyin etnosiyasi problemləri. “Konsensus-münaqişə”nin sivilizasiya təhlili” mövzulu doktorluq dissertasiyasını müdafiə edib.
Ermənistan parlamentində misli-bərabəri görünməmiş qətliamın baş verdiyi 1999-cu ildə Karapetyan soyadlı alim Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Tədqiqatlar İnstitutunda “Ermənistanda sistem böhranı. Vəziyyətin təhlili və şıxış yolları” mövzulu dissertasiyanı müdafiə edib.
2 il sonra yenə həmin institutda Toqanyan soyadlı alim “Keçid dövrü şəraitində erməni-rus münasibətlərinin sosial-siyasi və iqtisadi aspektləri” mövzulu doktorluq dissertasiyasını müdafiə etməyə müvəffəq olub.
Bu da Mkrtıçyan soyadlı alimin 2004-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində müdafiz etdiyi doktorluq dissertasiyasının mövzusu. “Türkiyənin Qafqazdakı geostrategiyasında pantürkizm müasir beynəlxalq münasibətlərin qlobal problem kimi (siyasi təhlil)”.
Vartumyan soyadlı alim isə 2005-ci ildə Rusiya Dövlət Sosial Universitetində “Müasir Rusiyada regional siyasi proses: dinamika, təmayüllər, xüsusiyyətlər” mövzulu doktorluq dissertasiyasını müdafiə edib.
Vəssalam.
Cinayətkarların milli mənsubiyyəti olmur. Alimlərin necə? Hər halda olmamış olmaz…
Aynur Hüseynova
1905.az