…Erməni şovinistləri imperialist müttəfiqlərinə və qaragüruhçu general Denikinə arxalanaraq, Qara dənizdən Aralıq dənizinədək məsafəni əhatə edən yeddi vilayətin daxil olduğu “Böyük Ermənistan”ın yaradılması kimi artıq cinayətkar ideyaya çevrilmiş xülyaya ümid bəsləyirlər.
Bu ərazidə ermənilərin olmaması və yalnız müsəlman əhalinin yaşaması da onları narahat etmir. “Böyük Ermənistan” əhalinin böyük əksəriyyətinin iradəsinə arxalanmaya bilər, çünki ona imperialist silahının gücü ilə sırınacaq, “Ermənistan”ın “cinayətkar elementlərdən”, müsəlmanlardan təmizlənməsi yolu ilə, dağıntılar və günahsız “yadellilərin” cəsədləri üzərində qanla becəriləcək. Belə bir cəhənnəmin və zorakılıq dəhşətinin yaradılması proqramı ermənilərin şəxsində ən yaxşı, bacarıqlı, sadiq agentlər tapmağa ümid bəsləyən və onlar vasitəsilə Türkiyəni soymaq, müstəmləkəyə, müttəfiqlərin maliyyə kapitalının tətbiqi sahəsinə çevirmək istəyən müttəfiq imperializm tərəfindən uğurla dəstəklənir…
RKP (b)-nin Qafqaz Diyar Komitəsinin üzvü A.Mikoyanın V.Leninə göndərilmiş “Qafqaz məsələsinə dair” məruzəsinin tezislərindən – 1919-cu il dekabrın əvvəlləri