Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq. Sülhə nail olmaq üçün Azərbaycan və Ermənistana kömək etməyə hazırıq.
AZƏRTAC xarici KİV-lərə istinadla verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
O, qeyd edib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında keçirilmiş görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayıb.
“ABŞ-ın dövlət katibi Entoni Blinkenin bir gün əvvəl, aprelin 5-də iki liderlə danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarının təşviqinə davam edirik”,-deyə N.Prays bildirib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









