BAKI ŞƏHƏRİNDƏ BEŞ MİNDƏN ÇOX FOTOQRAF VAR
– Fotoqrafların, bəlkə də “fotoqraf”ların sayı durmadan artır. Səbəbi məlumdur. Və peşəkar fotoqraflar özünü usta sayan qeyri-peşəkarlara bir növ üstdən-aşağı baxmaqla, ya da kinayə ilə yanaşmaqla işlərini bitmiş hesab eləyə bilərlər. Bəs auditoriya necə? Peşəkarla qeyri-peşəkarı ayırd edə bilirmi?
– Mənim fikrimcə muasir dövrdə fotoqrafiya geniş inkişaf edib və zənnimcə bu bir səbəbdir ki, hər kəs fotoya həvəs göstərir, peşəkar və ya qeyri-peşəkar fotoqrafsa zaman keçdikcə yerini alır. Belə bir misal çəkə bilərəm ki, artıq 10 ildir bu sənətdəyəm və özümü peşəkar görmürəm. amma 10 ildə açıq foto müharibəsində ayaqda qalmağı zənnimcə bacarmışam. Bu günkü gündə artıq hardasa öz sözümü deyə bilirəm.
Onu da deyim ki, Bakı şəhərində beş mindən çox fotoqraf var. Peşəkar ya qeyri-peşəkarlar zaman keçdikcə ələkdən ələnib, yerdə qalanlar göz qabağında olur. Məncə cəmiyyətimizdə fotoya qiymət verənlərin sayı az deyil.
– 20 faizi işğal olunmuş ölkənin foto sənətində nələr olmalıdır? Və bu zəruri “inqrediyent”lərin hamısı var bizim fotomuzda?
– 20 faizi işğal olunmuş ölkənin foto sənətində hər şey olmalıdır. Dünyaya nümayiş etdirə biləcəyimiz sərgilərimiz olmalıdır. Onu da deyim ki yetərincə muharibə zamanı fotolar lentə alınıb və bu günkü gündə nümayiş etdirilir. Amma bu da kifayət deyil və onu arzu edirəm ki, tezliklə torpaqlarımız azad olunsun və biz Azərbaycanın gənc fotoqrafları kimi bu qələbəni çəkib yaddaşlara salaq. Bu sevinci bütün dünyayla paylaşaq.
ZƏİF XALQDAN BİZƏ RƏQİB OLA BİLMƏZ
– Azərbaycan həqiqətlərini müdafiə etmək məqsədilə erməni fotoqrafı ilə foto “duel”inə çıxmalı olsaydınız, nəyi çəkərdiniz?
– Bu suala çox qısa və səmimi cavab verəcəyəm. Mən heç vaxt erməniləri özümüzə rəqib görməmişəm. Zəif xalqdan bizə rəqib ola bilməz. Belə bir şey olsa da, sadəcə mən gündən günə gözəlləşən Vətənimizin şəkillərini çəkərdim. Onlara bir daha sübut edim ki, biz ən yaxşıyıq!!!
– Aydındır. Uğurlar.
1905. az