Horadiz-Ağbənd dəmir yolu xəttinin uzunluğu 110,4 kilometr, yan yollarla birlikdə isə 140,6 kilometr təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın, 40 körpünün, 22 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın və 600-ə yaxın mühəndis qurğusunun inşası nəzərdə tutulub. Ümumilikdə isə tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhmdar Cəmiyyətinin tikinti meneceri Cavad Əlövsədov deyib.
“Birinci mərhələ Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli və Soltanlı ərazilərini əhatə edir. Artıq bu mərhələ üzrə işlərin böyük hissəsi tamamlanıb. Hazırda dəmir yolu vasitəsilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. İkinci mərhələ Soltanlı–Qumlaq–Həkəri–Mincivan stansiyaları istiqamətində aparılır. Bu mərhələdə torpaq işlərinin və mühəndis qurğularının tikintisi yekunlaşmaq üzrədir. Bu mərhələdə Azərbaycanda ən uzun dəmir yolu körpüsü inşa olunub. 771 metr uzunluğundakı körpünün 23 aşırımı var”, – deyə o vurğulayıb.
Üçüncü mərhələnin Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etdiyini deyən C.Əlövsədov diqqətə çatdırıb ki, bu hissədə torpaq işləri, mühəndis qurğularının tikintisi, o cümlədən üç tunel və iki qalereyanın inşası sürətlə davam etdirilir. Tunellərdə artıq tikinti-quraşdırma işlərinin 71 faizi tamamlanıb.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









