
Ağ evdə ABŞ Prezident Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, görüşdə ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri müzakirə edilir və sonda minerallarla bağlı sazişin imzalanacağı gözlənilir.
Görüşün əvvəlində hər iki lider jurnalistlərin suallarını cavablandırıb. Tramp jurnalistlərin iki liderin bu gün saziş imzalayıb-imzalamayacağı ilə bağlı suallarına cavab verməyib.
Görüşdə vitse-prezident Ceyms Devid Vans da iştirak edir. Görüş başlayarkən tərəflər arasında gərgin müzakirə baş tutub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton