
Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin 2-ci mərhələsi çərçivəsində genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayevanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, layihənin bu mərhələsində 103 fərdi yaşayış evi və çoxmənzilli binalar inşa edilib. Belə ki, ikinci mərhələdə Ağalıda 55 ikiotaqlı fərdi yaşayış evi, həmçinin 3 üçmərtəbəli, ikibloklu “Townhouse” tipli bina tikilib. Bu binalarda ümumilikdə 36 birotaqlı və 12 ikiotaqlı mənzil sakinlərin ixtiyarına veriləcək.
Layihə çərçivəsində yaşayış massivində sosial infrastrukturun formalaşdırılmasına da xüsusi diqqət yetirilib. Kənddə ümumi sahəsi 2,2 hektar olan müasir park salınıb. Bu park həm Ağalı və Məmmədbəyli kəndlərinin sakinlərinin, həm də bölgəyə gələn qonaqların istirahəti üçün nəzərdə tutulub. Park beş funksional zonaya bölünüb. Burada uşaqların aktiv istirahəti, idman fəaliyyəti və təhlükəsiz əylənməsi üçün bütün şərait yaradılıb. Əraziyə müxtəlif ağac və kol bitkiləri əkilib, dekorativ landşaft tərtibatı aparılıb, işıqlandırma sistemi quraşdırılıb.
Kəndin bütün evlərinə müasir kommunikasiya xətləri çəkilib, qazlaşdırma tam təmin olunub, hər bir ev kombi sistemi ilə təchiz edilib. Bununla yanaşı, ərazidə yol və səkilərin abadlaşdırılması, ictimai binaların və infrastruktur obyektlərinin istifadəyə hazırlanması istiqamətində də işlər görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsində görülmüş işlərlə yerində tanış olub. Prezidentin səfəri bu kənddə həyata keçirilən layihələrin sürətli və keyfiyyətli icrasına, eləcə də “Böyük Qayıdış” Proqramının uğurla davam etdirilməsinə dövlətin xüsusi diqqətinin göstəricisidir.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









