
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Dekabrın 12-də respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə yola salınıb. Bu mərhələdə Həsənriz kəndinə 16 ailə – 74 nəfər köçürülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Həsənrizə köçən ailələr Tərtər şəhərindəki Bayraq meydanından yola salınıb.
Uzun illərdən sonra yurdlarına yola salınan sakinlər qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Ailələr bildiriblər ki, doğma torpaqlarına qayıdış onlar üçün təkcə yaşayış şəraitinin yaxşılaşması deyil, həm də illərlə davam edən Vətən həsrətinin sona çatması deməkdir. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









