
Ağdam, Füzuli və Xocavənd rayonlarında ümumi uzunluğu 593,7 kilometr olan avtomobil yolları, ümumi uzunluğu 47,1 kilometr olan dəmir yolları və bir Beynəlxalq hava limanı inşa edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdam şəhərində keçirilən “Konstitusiya və suverenlik: Hüquqi dövlətin təməli” mövzusunda regional konfransda deyib.
E.Hüseynov bildirib ki, bu rayonlarda 35 və 110 kV-luq 8 yarımstansiya, ümumi həcmi 38,5 milyon kubmetr olan 4 su anbarı, ümumi uzunluğu 35 kilometr olan 6 su kanalı tikilib, magistral qaz xətti çəkilib.