
Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev AZƏRTAC-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına çəkikimilərdən 200 min ədəd balıq körpəsi buraxılıb: “Bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 600 mindən çox çəkikimi, 8 min qızılxallı forel körpəsi buraxılıb”.
Xidmət rəisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında bütün balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına dəstək verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərkətlərdən, əsasən də qanunsuz balıq ovundan çəkinməyə çağırıb.










        
        
        





                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
