
Ağdam Sənaye Parkında Azərbaycanda ilk dəfə müasir texnologiyanın tətbiqi ilə SPC lövhələr istehsal olunacaq. “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) SPC dekor döşəmələr istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir.
“Mister Decor” MMC-nin direktoru Əli Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, müəssisənin tikintisinin 80 faizindən çoxu icra olunub. Tezliklə avadanlıqlar sifariş ediləcək. Məhsul istehsalına 2025-ci ilin axırında başlamaq nəzərdə tutulur. Müəssisənin illik istehsal həcmi 1,5 milyon kvadratmetrdir. Burada 80 nəfərin işlə təmin olunması planlaşdırılır.
Əli Əliyev qeyd edib ki, karbonat-kalsium və PVC məhlulu qarışığından hazırlanmış döşəmələr yanmaya, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur. “Ölkəmizdə bu məhsullara tələbat var. SPC döşəmələr respublikamıza əsasən Çindən, Rusiyadan və Hindistandan idxal olunur. Daşınma xərcləri çox olduğu üçün geniş yayılmayıb. Məqsədimiz yeni nəsil döşəmələrlə ölkə bazarını təmin etməkdir”, – deyə Ə.Əliyev bildirib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








