İşğaldan azad edilmiş ərazilərimizdə 10 ümumi təhsil müəssisəsi, 4 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.
O bildirib ki, bağçalarda 96 uşaq, məktəblərdə məktəbəhazırlıq qrupları da daxil olmaqla 1803 nəfər şagird ümumilikdə 1899 nəfər təlim-tədrisə cəlb olunub.