2024-2025-ci tədris ili üzrə Azərbaycanda 105 ölkədən 11 min tələbə təhsil alır.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda deyib.
O bildirib ki, siyahıda ilk onluqda 4338-i Türkiyə, 1213-ü Pakistan, 1103-ü İran, 1044-ü Gürcüstan, 1002-si Rusiya, 417-si Hindistan, 219-u Suriya, 152-si Nigeriya, 122-si Çin, 112-si Qazaxıstandan gələn tələbələrdir.