Aktau yaxınlığında baş verən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 28 nəfər tibb müəssisələrinə yerləşdirilib.
AZƏRTAC-ın Qazaxıstan Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlara xəstəxanalarda bütün zəruri tibbi yardım göstərilir. Hadisə yerinə 23 təcili tibbi yardım briqadası səfərbər edilib.
Bu gün Astanadan Aktauya cərrah və travmatoloqlardan ibarət mütəxəssis briqadası ilə tibbi aviasiya təyyarəsi yola düşəcək.
12:41
Aktauda qəza enişi edən təyyarədə 5 nəfər ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub.
AZƏRTAC Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.
Hadisə yerinə 150 əməkdaş və 45 texnika cəlb edilib. Sərnişinlərin tam siyahısı dəqiqləşdirilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana