Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur etmək üçün Ermənistana qarşı sanksiyalar tətbiq etmək lazımdır. Trend xəbər verir ki, bu barədə cümə axşamı Bakıda Almaniya-Azərbaycan forumunun Qəyyumlar Şurasının sədri, publisist Riçard Kisler bildirib.
Onun sözlərinə görə, Ermənistan zəif dövlətdir, ermənilərin əksəriyyəti öz ölkələrinin hüdudlarından kənarda yaşayırlar, Ermənistanda daxili vəziyyət isə acınacaqlıdır: “Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana daha çox təzyiq göstərilməlidir”.
R.Kisler qeyd dib ki, bu, indiyədək edilməyib, çünki Ermənistanı başqa ölkələrdəki, xüsusilə də Fransa və ABŞ-dakı güclü erməni lobbisi dəstəkləyir: “Mən ikili standartlar görürəm və bu yaxşı hal deyil”.
O deyib ki, beynəlxalq birlik Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu unutmamalı və bu problemi həll etməkdən ötrü daha fəal addımlar atmalıdır.
Publisistin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxmaq lazım deyil, çünki bu, əslində qaynar münaqişədir. O, Ermənistanın atəşkəs rejimini dəfələrlə pozduğunu, bunun çoxlu sayda insan tələfatına səbəb olduğunu xatrıladıb.
R.Kisler hesab edirəm ki, beynəlxalq birlik bu çox təhlükəli münaqişənin həlli üçün daha çox iş görməli, yeni səylər göstərməli, həmçinin ATƏT-in Minsk qrupu münaqişənin nziamlanması üçün səylərini artırmalıdır.
Onun sözlərinə görə, Azərbaycan çox uğurla inkişaf edir və ölkədə sosial vəziyyət getdikcə yaxşılaşır. Bu, təkcə Bakıda deyil, kənd yerlərində də baş verir: “Mən ildən-ilə görürəm ki, Azərbaycanda vəziyyət getdikcə daha da yaxşılaşır”.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









