
Almaniyadakı Dağ Yəhudiləri İcması İctimai Birliyinin sədri Orxan Şafadiyayev bu ölkədəki keçmiş Loytershauzen sinaqoqu dairəsi tərəfindən yanvarın 31-dən fevralın 26-dək “Birinci Dünya Müharibəsi və ermənilərə qarşı soyqırımı” sərgisinin keçirilməsinə etiraz edib.
Bununla bağlı sərginin təşkilatçılarına ünvanlanmış etiraz məktubunda deyilir: “Azərbaycan yəhudiləri olaraq bildiririk ki, sərginin fevralın 26-dək davam etməsi yəhudi və Azərbaycan xalqlarına qarşı təhqirdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinə hücum edərək XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Faciə zamanı 85-i uşaq və 106-sı qadın olmaqla, 613 günahsız mülki şəxs amansızlıqla qətlə yetirilib. Bu dəhşətli cinayətin qurbanları hər il fevralın 25-26-da dünyanın bir çox ölkələrində yad edilir. İndiyədək Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Azərbaycana qarşı həyata keçirilən bu işğalçılıq siyasəti nəticəsində yəhudi xalqı da itkilər verib. Bu ədalətsizliyi dəstəkləmək rüsvayçılıqdır”.
Vüqar Seyidov
AZƏRTAC
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









