Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elm və Təhsil Nazirliyi yaradılıb. Elm və Təhsil Nazirliyinə elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər həvalə edilib. Nazirliyin yanında iki yeni agentlik yaradılıb və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu proses AMEA-nın ləğv olunması deyil, əksinə elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcı deməkdir. AMEA bir sıra humanitar yönümlü elmi müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri ilə davam etdirəcək.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









