Bu günlərdə Amerika Birləşmiş Ştatlarındakı Сon Hopkins Universitetinin professoru Viktor Serebryanıy Latviya jurnalistləri Vadim Rodionov və Anna Leytland-Qriqoryeva tərəfindən yaradılmış “İ qryanul qrem” kanalına növbəti dəfə müsahibə verib.
Professor Serebryanıy Amerikada sosializmin olub-olmaması barədə sualı cavablandıraraq deyib ki, yaşadığı ölkədə sosializm görünməmiş templərlə inkişaf edir. Professor öz ailəsindən danışaraq 30 yaşlı kiçik oğlunun autizmdən əziyyət çəkdiyini vurğulayib. Xəstə əlbəttə valideynləri ilə yaşayır. Ailə kifayət qədər imkanlıdır və bu şəxsin bütün ehtiyaclarını ödəmək iqtidarındadır. Buna rəğmən professorun oğlu 18 yaşı tamam olan kimi maddi imkanları məhdud olan amerikalılar üçün nəzərdə tutulan sıgortanı almağa başlayıb. Bu sığorta Medicaid adlanır. 30 yaşı tamam olan kimi bu şəxsə Medicare də verilib. Professor vurğulayır ki, oğlu 2 dövlət sığortası olan şəxs kimi ixtiyari həkim üçün ən cəlbedici müştəridir. Və ona yazılmış hər hansı dərman üçün bu şəxs cəmi 1 dollar ödəyir…
Sem dayı hər ay xəstəyə1670 dollar verir. Bu təqaüddür. Bundan əlavə 410 dollar ərzaq üçün ayrılır. Professorun həyat yoldaşı xəstəlikdən əziyyət çəkən oğluna qulluq etdiyinə görə hər iki həftədən bir 2664 dollar alır. Bu ilə təxminən 55 000 dollar edir. Üstəlik, bu məbləğdən vergi tutulmur…
Amerika 30 yaşlı autizm xəstəsi üçün boulinqlə, üzgüçülüklə və s. ilə məşğul olmaq imkanları yaradır. Eyni zamanda bu şəxs pulsuz müəllimlə təmin edilir.
Sonda professor oğlu üçün atla gəzintilərin də təşkil edildiyini qeyd edib. Gəzintilər pulsuzdur. Professor Serebryanıy həmçinin vurğulayib ki, sadalananlar ailə tərəfindən heç bir müraciət edilmədən, necə deyərlər, avtomatik təmin edilib…
Bunları uzun illər bundan əvvəl Maksim Qorki tərəfindən “sarı iblisin şəhəri” adlandırılmış Nyu-Yorkun təqribən 275 kilometrliyində yerləşən Baltimorun sakini söyləyib…
Vaxtilə “qalib gəlmiş sosializm ölkəsi” kimi xarakterizə edilən SSRİ-nin hüquqi varisi olan Rusiyada 2022-ci ildə keçirilmiş sorğu nəticəsində məlum olub ki, rusiyalıların 80 faizi autizmin nə olduğu barədə məlumatlıdır.
Fuad Babayev