
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən dekabrın 5-də piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Bildiriblər ki, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Onun vəziyyəti qənaətbəxşdir.