2021-ci il yanvarın 4-13-ü tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 raket, 16 minaatan mərmisi, 15 əl qumbarası, 1 zenit top mərmisi, 48 partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ov tüfəngi,10 avtomat darağı, 7584 müxtəlif çaplı patronlar, 1 süngü, piyada əleyhinə 4 mina (OZM-160), 400 qram partlayıcı (TNT), 1 boruşəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşüt hissəsi aşkar olunub. Sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









