Mayın 31-də 5 ev və həyətyanı sahəyə, 6 əkin sahəsinə, 19 partlayış yerinə baxış keçirilib. Partlamamış iki hərbi sursat (Qrad raketinin mühərrik hissəsi) aşkarlanaraq götürülüb. Gün ərzində 31 min 171 kvadratmetr ərazi minalardan təmizlənib.
Bu məlumat ANAMA-nın mayın 31-də Füzuli, Ağcabədi, Ağdam və Tərtər rayonlarında aşkar olumuş partlamamış hərbi sursat barədə hesabatda əksini tapıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Şıxarx kəndində 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib. Qrad raketinin mühərrik hissəsi aşkarlanaraq götürülüb, 10 min kvadratmetr ərazi yoxlanılıb. Cəmilli kəndində 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib və qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb. Yoxlanılan ərazi 10 min kvadratmetr təşkil edib.
Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli, Ağdam rayonunun Qaradağlı, Füzuli rayonunun Şükürbəyli kəndlərində evlər və həyətyanı sahələrdə, əkin sahələrində partlayış yerlərinə baxış keçirilib. Nəticədə 11 min 171 kvadratmetr ərazi yoxlanılıb.
Aprelin 7–dən mayın 31-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində ümumilikdə 548 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 4 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Nəticədə 1479 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









