Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə və xüsusi yaşayış məntəqələrinə daxil olaraq bu əraziləri tam nəzarətə götürüblər. Hazırda Azərbaycan Ordusunun bölmələrinin yeni dislokasiya məntəqələrinə yerləşməsi, eyni zamanda, mövqelərin dəqiqləşdirilməsi prosesi həyata keçirilir.
AZƏRTAC-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, hazırda mühəndis bölmələri tərəfindən, eyni zamanda, hərbi polisin nəzdində fəaliyyət göstərən kinologiya mərkəzində xüsusi təlim keçmiş itlər vasitəsilə ərazinin minadan təmizlənmə prosesi həyata keçirilir.
“Qeyd etmək istəyirəm ki, son 2 həftə ərzində Laçın şəhərində aparılan mina axtarma fəaliyyətləri nəticəsində 1300-dən artıq mina aşkarlanıb ki, bu minaların 2021-ci il Vətən müharibəsindən sonra Ermənistanda istehsal olduğu aydın olub. Bu, qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Ordusunun hərbi və mülki əhalisinə qarşı təcavüz kimi qiymətləndirilir”, – deyə Anar Eyvazov bildirib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









