Bir neçə il bundan əvvəl Rusiyada Humanitar Təhsil Universiteti Federal Cəzaçəkmə Xidmətinin Hüquq və İdarəetmə Akademiyası ilə birlikdə kompleks tədqiqat həyata keçirib. Bu tədqiqatda terror cinayətlərinin motivasiya məsələləri ilə bağlı yeni unikal nəzəri və empirik materialların yer aldığı söylənilir.
2 kitab nəşr edilib bu tədqiqatın materialları əsasında. 2006-cı ildə “Etnik dini terrorizm”, 2008-ci ildə isə “Etnik dini terrorizmin təbiəti” kitabları. Hər iki kitab hüquq elmləri doktoru, professor Antonyanın redaktəsi ilə işıq üzü görüb.
2008-ci ildə Moskvada amerikalı psixoloq Arlin Oderqonun “Müharibə” mehmanxanası. Silahlı münaqişələrin psixoloji dinamikası” kitabı çap edilib. Kitabın elmi redaktoru Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Akop Nazaretyandır. Rus dilinə tərcüməni isə həmçinin Nazaretyan soyadını daşıyan 2 nəfər həyata keçirib.
Yenə də 2008-ci ildə “Territoriya buduşeqo” Nəşriyyat evi Uilyam Mak-Nil adlı məşhur müəllifin “Qüdrət uğrunda. “XI- XX əsrlərdə texnologiya, silahlı qüvvə və cəmiyyət” adlı kitabını nəşr edib. Kİtab nəşriyyatın “Aleksandr Poqorelskinin universitet kitabxanası” seriyasında işıq üzü görüb. Rus dilinə tərcümə Tiqran Ovannisyanındır. Ön sözü Çikaqodakı Nordvestern Universitetindən Georgi Derluqyan yazıb.
Vəssalam.
Fuad Babayevin “Banqladeşin Yaşıdı ” kitabından ( Bakı – 2016; səh. 130)
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









